Hakan Fidan Fransaya və İngiltərəyə rəsmi səfər edəcək

Xarici işlər naziri Hakan Fidan noyabrın 22-də Fransaya və İngiltərəyə rəsmi səfər edəcək.

2066793
Hakan Fidan Fransaya və İngiltərəyə rəsmi səfər edəcək

Xarici işlər naziri Hakan Fidan noyabrın 22-də Fransaya və İngiltərəyə rəsmi səfər edəcək.

Səfər zamanı Hakan Fidanın London və Parisdə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası ölkələrinin xarici işlər nazirləri, İngiltərə baş naziri Rişi Sunak və Fransa prezidenti Emmanuel Makronla görüşməsi gözlənilir.

Səfər çərçivəsində, Qəzza ilə bağlı mühüm məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.

Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr