Türkiye Ordusunun Azərbaycandakı vəzifə müddətinin uzadılması ilə bağlı memorandum qəbul edildi

Türkiye Ordusunun Azərbaycanda vəzifə müddəti daha bir il uzadılıb.

2064930
Türkiye Ordusunun Azərbaycandakı vəzifə müddətinin uzadılması ilə bağlı memorandum qəbul edildi

Türkiye Ordusunun Azərbaycanda vəzifə müddəti daha bir il uzadılıb.

Bununla bağlı memorandum Türkiye Böyük Millət Məclisində (TBMM) qəbul edilib.

Memorandumda Azərbaycan, Ermənistan və Rusiyanın 9 noyabr 2020-ci il tarixində imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycana dəstək verən Türkiye bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.

Memorandumda Türkiye Silahlı Qüvvələrinin şəxsi heyətinin də çalışdığı Rusiya ilə qurulan Birgə Mərkəz vasitəsilə Türkiyenin bölgənin təhlükəsizliyinə və tərəflər arasında etimadın qurulmasına töhfə verdiyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr