Hakan Fidan Tor Vennesland və Samih Şükri ilə ayrı-ayrılıqda telefon danışığı aparıb

Xarici işlər naziri Hakan Fidan BMT Baş katibinin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vennesland və Misirin xarici işlər naziri Samih Şükri ilə telefon əlaqəsi saxlayıb.

2064455

Hakan Fidanla Tor Vennesland arasında baş tutan telefon danışığında Qəzzadakı son vəziyyət müzakirə edilib.
Nazir Hakan Fidan söhbət zamanı vurğulayıb ki, baş verənlər hər kəsə iki dövlətli həll yolunun həyata keçirilməsinin zəruri olduğunu göstərdi.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Fələstin problemlərinin BMT qətnamələri və qəbul olunmuş beynəlxalq parametrlər çərçivəsində həllinin mümkün olduğunu xatırladan Hakan Fidan, deyib: ''Atəşkəs dərhal elan edilməlidir. Daha sonra davamlı və ədalətli sülhün bərqərar olması üçün tədbirlər görülməlidir''.
Yaşananların  qəbuledilməz olduğunu ifadə edən xarici işlər naziri Hakan Fidan Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılması üçün daha çox səy göstərilməli olduğunu bildirib.

Xarici işlər naziri Hakan Fidanla misirli həmkarı Samih Şükri arasında baş tutan telefon danışığında isə Qəzzaya humanitar yardımın çatdırılması məsələsi müzakirə olunub.
Telefon danışığı zamanı  noyabrın 11-də Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatı-Ərəb Liqası sammitində qəbul edilən qərarlarla bağlı hansı addımların atılacağı ilə bağlı fikir mübadiləsi aparılıb.

Әlaqәli Xәbәrlәr