Rәcәb Tayyib Әrdoğan İbrahim Rәisi ilә görüşüb

Özbəkistanın paytaxtı Daşkənddə səfərdə olan Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə görüşüb.

2062628
Rәcәb Tayyib Әrdoğan İbrahim Rәisi ilә görüşüb

Özbəkistanın paytaxtı Daşkənddə səfərdə olan Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə görüşüb.
Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib. Məlumata əsasən, Türkiye ilə İran prezidentləri arasında baş tutan görüşdə İsrailin Qəzzaya hücumları nəticəsində yaşanan humanitar böhran və həll yolu üçün atılacaq addımlar, Türkiye ilə İran arasındakı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan görüşdə İsrailin hücumlarının sona çatdırılmasının bölgənin və dünyanın sülhünə xidmət edəcəyini, İslam Əməkdaşlıq Təşkilatının keçiriləcək fövqəladə zirvə toplantısında ədalətli həllə nail olmaq üçün səy göstərməsinin vacibliyini vurğulayıb.
Türkiyenin qarant rolunu öz üzərinə götürərək problemi həll etməyə hazır olduğunu vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, İslam dünyası birgə mövqe nümayiş etdirməli və  İsrailə təzyiqləri artırmalıdır.



Әlaqәli Xәbәrlәr