Türkiye MN: ''Son bir həftədə 87 terrorçu zərərsizləşdirilib''

İraq və Suriyanın şimalında son bir həftədə 87 terrorçu zərərsizləşdirilib.

2059493
Türkiye MN: ''Son bir həftədə 87 terrorçu zərərsizləşdirilib''

İraq və Suriyanın şimalında son bir həftədə 87 terrorçu zərərsizləşdirilib.
Türkiye Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk nazirlikdə keçirilən həftəlik mətbuat brifinqində Türkiye Silahlı Qüvvələrinin PKK/KCK/PYD-YPG, DEAŞ və FETÖ başda olmaqla hər cür təhdid və təhlükəyə qarşı mübarizəsini davam etdirdiyini bildirib. 
Aktürk terroru mənbəyində məhv etmək anlayışı ilə ölkə daxildə və sərhəddən kənarda hərəkət etdiklərini vurğulayaraq deyib:
“Son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla 87 terrorçu zərərsizləşdirilib, beləliklə bu ilin əvvəlindən etibarən zərərsizləşdirilən terrorçuların sayı 1802-yə, 24 iyul 2015-ci ildən  etibarən isə 39145-ə çatıb”. 
Zeki Aktürk İraqın şimalında həyata keçirilən "Pencə-Kilid'' əməliyyatı nəticəsində indiyədək zərərsizləşdirilən terrorçuların sayının 630-a çatdığını qeyd edib.
Türkiye Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri bildirib ki, il ərzində Suriyada əməliyyat bölgələrinə qarşı 425 hücum cəhdi olub.
''Görülən adekvat cavab tədbirləri nəticəsində 1321 terrorçu zərərsizləşdirilib'',-deyə Zeki Aktürk vurğulayıb.



Әlaqәli Xәbәrlәr