Hakan Fidan bir sıra ölkələrin xarici işlər nazirləri ilə Qəzzadakı son hadisələri müzakirə edib

Xarici işlər naziri Hakan Fidan Yunanıstan, İordaniya və Səudiyyə Ərəbistanından olan həmkarları ilə Qəzzadakı son hadisələri müzakirə edib.

2059242
Hakan Fidan bir sıra ölkələrin xarici işlər nazirləri ilə Qəzzadakı son hadisələri müzakirə edib

Xarici işlər naziri Hakan Fidan Yunanıstan, İordaniya və Səudiyyə Ərəbistanından olan həmkarları ilə Qəzzadakı son hadisələri müzakirə edib.

Nazirlikdən verilən məlumata görə, Hakan Fidan Yunanıstan xarici işlər naziri George Gerapetritis, İordaniya xarici işlər naziri Ayman Safadi və Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysal bin Fərhan ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

Telefon danışıqlarında dərhal atəşkəs və Qəzzada daimi sülhün təmin edilməsi üçün atıla biləcək addımların müzakirə edildiyi bildirilib.

Qeyd edək ki, "Həmas"ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin “Fələstinlilərə və onların müqəddəs dəyərlərinə, xüsusilə də Əqsa məscinidə qarşı davamlı pozuntularına” cavab vermək əsasında oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail ordusu da Qəzza zolağına  intensiv hava bombardmanları başladıb.

İsrail rəsmiləri Qəzzadan gələn hücumlarda 315-i əsgər olmaqla 1400-dən çox israillinin öldüyünü, 5132 nəfərin isə yaralandığını açıqlayıb.

İsrail Ordusunun sözçüsü Daniel Hagari Qəzzada Qəssam Briqadalarının əlində 240 israilli əsir olduğunu qeyd edib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 3648-i uşaq və 2290-ı qadın olmaqla 8796 fələstinlinin həlak olduğunu, 22219 nəfərin isə yaralandığını bildirib.



Әlaqәli Xәbәrlәr