Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilә görüşüb

Türkiyenin xarici işlər naziri Hakan Fidan Abu Dabidə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nehyan ilə görüşüb.

2055372
Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilә görüşüb

Türkiyenin xarici işlər naziri Hakan Fidan  Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nehyan ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi ''X'' səhifəsində edilən paylaşımda bildirilib.

Paylaşımda bu ifadələrə yer verilib: "Nazir Hakan Fidan  Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb".

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Hakan Fidan 24-25 oktyabrda Qətərdә rәsmi sәfәrdә olacaq.

Nazir Hakan Fidan Dohada Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman ilə görüşəcək və Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani tərəfindən qəbul ediləcək.

Görüşlərdə ikitərəfli münasibətlər və  yaxın dövrdə Dohada keçirilməsi planlaşdırılan Türkiye-Qətər Yüksək Strateji Komitəsinin IX toplantısına hazırlıq məsələlərinin müzakirə ediləcəyi nəzərdə tutulur.

Bundan əlavə, regional və beynəlxalq hadisələr, xüsusilə Fələstindəki son vəziyyət ətrafında fikir mübadiləsi aparılacaq.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir Hakan Fidan  Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto ilə telefon əlaqəsi saxlayıb.

Görüşdə gündəmdəki aktual proseslər müzakirə edilib.


Etiketlәr: #Hakan Fidan

Әlaqәli Xәbәrlәr