Ərdoğan və Putin arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə İsrail-Fələstin münaqişəsinin gedişatı və bölgədəki humanitar böhranı müzakirə edib.

2055293
Ərdoğan və Putin arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə İsrail-Fələstin münaqişəsinin gedişatı və bölgədəki humanitar böhranı müzakirə edib.

Bu barədə Türkiye Prezident Administrasiyası məlumat yayıb.

Görüş zamanı iki lider İsrail və Fələstin arasında gərginləşən münaqişənin gedişatını və regionda humanitar böhranı müzakirə ediblər.

Prezident Ərdoğan görüşdə Fələstin torpaqlarına qarşı vəhşiliyin getdikcə dərinləşdiyinə, hər keçən dəqiqə mülki ölümlərin artdığına diqqət çəkərək, Qərbin sükutunun Qəzza zolağında görünməmiş humanitar böhrana səbəb olduğunu vurğulayıb.

Ərdoğan həmçinin qeyd edib ki, Türkiye Orta Şərqdə sabitliyin təmin edilməsi üçün səylərini davam etdirmək niyyətindədir.



Әlaqәli Xәbәrlәr