Ərdoğan Şoltz ilə İsrail-Fələstin münaqişəsi barədə danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltz ilə telefon danışığı aparıb.

2050120
Ərdoğan Şoltz ilə İsrail-Fələstin münaqişəsi barədə danışıb

Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltz ilə telefon danışığı aparıb.

Telefon danışığında İsrail-Fələstin münaqişəsi müzakirə olunub.

Dövlət başçısı Ərdoğan Türkiyenin böhranın tez bir zamanda aradan qaldırılması üçün hər cür səy göstərdiyini, vasitəçilik də daxil olmaqla bir sıra addımlar atmağa hazır olduğunu bildirib.

Ərdoğan problemin qalıcı həlli üçün Fələstinə verilən vədlərin yerinə yetirilməsinin vacib olduğunu və beynəlxalq ictimaiyyətin 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan, coğrafi bütövlüyə malik, müstəqil, suveren Fələstin Dövlətinin qurulmasına rəhbərlik etməsinin vacib olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr