2-8 oktyabr tarixləri arasında Avropanın ən işlək hava limanı

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 2-8 oktyabr tarixləri üçün Avropa Aviasiya Hesabatı dərc olunub

2050077
2-8 oktyabr tarixləri arasında Avropanın ən işlək hava limanı

 

  İstanbul Hava Limanı 2-8 oktyabr tarixləri arasında Avropanın ən işlək hava limanı oldu.

  Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 2-8 oktyabr tarixləri üçün Avropa Aviasiya Hesabatı dərc olunub.

  Hesabata görə, İstanbul Hava Limanı gündə orta hesabla 1435 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

  İstanbul hava limanından sonra gündə orta hesabla 1419 uçuşla Amsterdam Şiphol, 1335 uçuşla Paris Şarl de Qoll, 1332 uçuşla Frankfurt və 1318 uçuşla London Hitrou gəlir.

  Antalya Hava Limanı gündəlik orta hesabla 883 uçuşla ən işlək hava limanları arasında 9-cu yerdədir.



Әlaqәli Xәbәrlәr