Yaşar Gülər Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasına qatılıb

Türkiyenin Milli Müdafiə Naziri Yaşar Gülər Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edib.

2049566
Yaşar Gülər Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasına qatılıb
yasar guler nato toplanti.jpg
yasar guler nato toplanti1.jpg

Türkiyenin Milli Müdafiə Naziri Yaşar Gülər Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəhbərlik etdiyi iclas Belçikanın paytaxtı Brüsseldəki NATO-nun mənzil-qərargahında keçirilən NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində 16-cı dəfə baş tutub.

Milli müdafiə naziri Yaşar Gülər ​​iclasdan əvvəl İngiltərə müdafiə naziri Qrant Şapps və ABŞ müdafiə naziri Lloyd Ostin və digər həmkarları ilə ayaqüstü söhbət edib.

Ukrayna prezidenti Volodimir Zelenskinin ilk dəfə olaraq NATO-nun mənzil-qərargahına gedərək iştirak etdiyi iclasda 50-yə yaxın ölkənin nümayəndəsi bir araya gəlib.



Әlaqәli Xәbәrlәr