Türkiye bayraqlı gəmilər üçün təhlükəsizlik həssaslığı ən yüksək səviyyəyə qaldırılıb

İsrailə səfər edəcək Türkiye bayraqlı gəmilər üçün təhlükəsizlik həssaslığı ən yüksək səviyyəyə qaldırılıb.

2048929
Türkiye bayraqlı gəmilər üçün təhlükəsizlik həssaslığı ən yüksək səviyyəyə qaldırılıb

İsrailə səfər edəcək Türkiye bayraqlı gəmilər üçün təhlükəsizlik həssaslığı ən yüksək səviyyəyə qaldırılıb.

Nəqliyyat və İnfrastruktur Nazirliyi İsrail limanlarına üz tutacaq və bu limanların sahillərində üzəcək Türkiye bayraqlı gəmilərin təhlükəsizlik səviyyəsinin ən yüksək səviyyəyə qaldırıldığını bildirib.

Nazirlikdən verilən açıqlamada İsrail-Fələstin münaqişəsinin bölgədə yaratdığı vəziyyətə diqqət çəkilib.

Açıqlamada İsraildəki hadisələr nəzərə alınaraq, bu ölkənin limanlarına üz tutacaq və limanlardan üzəcək Türkiye bayraqlı gəmilərin təhlükəsizlik səviyyəsinin 3-ə qaldırıldığı və prosesin yaxından izləndiyi vurğulanıb. 
Nazirlik açıqlamasında ""Təhlükəsizlik səviyyəsi 1 - Normal" gəmilərin və liman qurğularının normal fəaliyyəti həyata keçirildikdə qüvvədə olur. "Təhlükəsizlik səviyyəsi 2 - Təkmilləşdirilmiş" təhlükəsizlik insidentinin artması riskini göstərir. "Təhlükəsizlik səviyyəsi 3 - İstisna" mümkün və ya gözlənilən təhlükəsizlik insidentinin riski olduqda tətbiq edilən səviyyəyə aiddir" deyilib.



Әlaqәli Xәbәrlәr