Numan Kurtulmuş İsrail ilə Fələstin arasındakı gərginliyi qiymətləndirib

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib ki, İsrail ilə Fələstin arasındakı münaqişələrə son qoyulmalıdır.

2048839

Numan Kurtulmuş paytaxt Ankarada Hacı Bayram Vəli Universitetinin yeni tədris ilinin açılış mərasimində çıxış edib.
Oktyabrın 7-də başlayan İsrail-Fələstin münaqişəsinə toxunan Numan Kurtulmuş deyib: “Yaxın Şərqdə hər kəsin yaşamaq hüququ var, amma heç kimi olmayan fələstinlilərin yaşamaq hüququ yoxdurmu? İsrailin Yaxın Şərqdə mövcud olmaq hüququ var, amma tam müstəqil Fələstin Dövlətinin mövcud olmaq hüququ yoxdurmu? Bu ikili standartların tez bir zamanda aradan qaldırılması, sülh və əmin-amanlığın bərqərar olması böyük əhəmiyyət kəsb edir''.
Numan Kurtulmuş qarşıdurmaların dayandırılacağına, insan itkilərinin sona çatacağına, beynəlxalq ictimaiyyətin üzərinə düşən vəzifələri yerinə yetirəcəyinə ümid etdiklərini vurğulayıb.
Numan Kurtulmuş deyib: 'Türkiye olaraq İsrail-Fələstin münaqişəsinin sona çatması üçün üzərimizə düşəni etməyə hazırıq”.

Әlaqәli Xәbәrlәr