Ərdoğanın İsrail-Fələstin münaqişəsilə bağlı çağırışı dünya mətbuatında

Türkiyə prezidentinin çağırışı dünya mətbuatında geniş işıqlandırılıb

2048357
Ərdoğanın İsrail-Fələstin münaqişəsilə bağlı çağırışı dünya mətbuatında

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail-Fələstin münaqişəsinə son qoyulması çağırışı dünya mətbuatında geniş işıqlandırılıb.

  Fələstin-İsrail gərginliyi ilə bağlı 8 oktyabr müraciətində Ərdoğan “Türkiyə münaqişələrin tez bir zamanda dayandırılması və son hadisələrlə artan gərginliyin azaldılması üçün əlindən gələni etməyə hazırdır” deyib.

  Fələstin məsələsinin beynəlxalq hüquq çərçivəsində həll edilməli olduğunu vurğulayan Ərdoğan bildirib: “Alova yanacaq tökməyin heç kimə, xüsusən də iki tərəfin mülki vətəndaşlarına xeyri yoxdur”.

  Türkiyə prezidentinin çağırışı dünya mətbuatında geniş işıqlandırılıb.

  İngiltərənin "The Sunday Times" qəzeti Ərdoğanın çağırışını "Türkiyə gərginliyi azaltmağı təklif etdi" başlığı ilə paylaşıb və yazıb: “Prezident Ərdoğan İsrail və “Həmas” sülhə, adamlarını dinc əhaliyə zərər verməkdən çəkinməyə çağırdı… Həm İsrail, həm də müsəlman dünyasında təsir gücünə malik azsaylı dövlətlərdən biri olan Türkiyə münaqişənin sakitləşməsinə kömək təklif edir”.

  R.T.Ərdoğanın bölgədəki gərginliyi azaltmaq çağırışı Almaniya mətbuatında da yer alıb. “Frankfurter Allgemeine” qəzeti Türkiyə dövlət başçısının “Bütün tərəfləri təmkinli davranmağa və gərginliyi artıracaq impulsiv addımlardan uzaq olmağa çağırırıq” sözlərini sitat gətirib.

  Almaniyanın NTV telekanalı internet saytında “Ərdoğan Yaxın Şərqdə sülhün bərqərar olması üçün şərtləri açıqladı” cümləsini başlığa çıxarıb.

  Yunanıstanın Afina xəbər agentliyi isə “Ərdoğan İsrail və “Həmas”ı sülhü dəstəkləməyə” çağırır” sözlərini manşetə qoyub.



Әlaqәli Xәbәrlәr