Türkiye MN: ‘‘Suriyanın şimalında 15 hәdәf dә mәhv edilib’’

Milli Müdafiə Nazirliyi Suriyanın şimalında həyata keçirilən hava əməliyyatında PKK/YPG-nin qondarma qərargah, sığınacaq və anbarları da daxil olmaqla 15 hədəfin məhv edildiyini, çox sayda terrorçunun da zərərsizləşdirildiyini açıqlayıb.

2047485

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək Suriyanın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin  51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq Suriyanın şimalındakı  terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib.

"Türkiye Silahlı Qüvvələri keçmişdə olduğu kimi, bir nəfər də olsun terrorçu qalmayana qədər, ölkəmizin və xalqımızın təhlükəsizliyi üçün terrora qarşı mübarizəsini davam etdirəcək. Bu əməliyyat zamanı , günahsız vətəndaşların, dost ünsürlərin, tarixi və mədəni obyektlərin və ətraf mühitin zərər görməməsi üçün hər cür tədbir görülüb".

Әlaqәli Xәbәrlәr