Yaşar Gülər: ''Terrorla mübarizəni sonadək davam etdirəcəyik''
Türkiyenin milli müdafiə naziri Yaşar Gülər terrorla mübarizənin bu coğrafiyadan əli qanlı terrorçular yox olana qədər davam edəcəyini bildirib.

Türkiyenin milli müdafiə naziri Yaşar Gülər terrorla mübarizənin bu coğrafiyadan əli qanlı terrorçular yox olana qədər davam edəcəyini bildirib.
Nazir Yaşar Gülər Gebze Texniki Universitetinin (GTÜ) 2023-2024-cü tədris ilinin açılışında etdiyi çıxışında həftə sonu Daxili İşlər Nazirliyinin qarşısında törədilən uğursuz terror cəhdinə toxunub.
Yaşar Gülər bildirib ki, qəhrəman polislər dərhal reaksiya verərək 2 terrorçunu zərərsizləşdirdi.
Türkiyenin ən mühüm prioritetinin bölgədə sülh və sabitliyin təmin edilməsi olduğunu bildirən Yaşar Gülər deyib:"Bütün qonşularımızın sərhədlərinə hörmət etdiyimiz kimi, İraq və Suriyanın da ərazi bütövlüyünü dəstəkləyirik. Bizim yeganə məqsədimiz bölgəni ən qısa zamanda terror təşkilatlarından təmizləməkdir".