TBMM sədri Numan Kurtulmuş Qənirə Paşayeva ilə bağlı başsağlığı verib

Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycan Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə bağlı başsağlığı verib.

2044202

Rəsmi internet səhifəsində paylaşım edən Numan Kurtulmuş deyib:
“Azərbaycanın dəyərli millət vəkili Qənirə Paşayevanın vəfat xəbərindən kədərləndim. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya başsağlığı verdim. Mərhum millət vəkilinə Allah rəhmət eləsin, ailəsinə və qardaş Azərbaycana başsağlığı verirəm”.

Әlaqәli Xәbәrlәr