Türkiye MN: ''Son bir həftədə 44 terrorçu zərərsizləşdirilib''
Bu barədə Türkiye Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
2037440
Son bir həftədə 44 terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiye Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Məlumatda yanvarın 1-dən bu yana Suriyanın və İraqın şimalı daxil olmaqla həyata keçirilən antiterror əməliyyatlarda 44-ü son bir həftədə olmaqla 1229 terrorçunun zərərsizləşdirildiyi qeyd olunub.
Beləliklə, 24 iyul 2015-ci ildən bu yana zərərsizləşdirilən terrorçuların sayı 38 min 572-yə yüksəlib.