Türkiyədən Liviyaya humanitar yardımlar davam edir

Sosial media hesabından verdiyi açıqlamada nazir F.Koca deyib ...

2037242
Türkiyədən Liviyaya humanitar yardımlar davam edir
tika libya.jpg

 

  Türkiyənin səhiyyə naziri Fəhrəddin Koca sel fəlakətindən zərər çəkən Liviyaya daha 148 tibb işçisinin gedəcəyini bildirdi.

  Sosial media hesabından verdiyi açıqlamada nazir F.Koca deyib: “Fəlakətdən sonra nazirlik Liviyaya 2 təcili yardım briqadası, tibbi materiallar, çoxlu generator, dərman, həmçinin 11 nəfərlik Milli Tibbi Xilasetmə Qrupu (UMKE) və UMKE ATAK komandası göndərdi.

  Yeni göndərilən 159 tibb işçi də Liviya xalqının yanında olduğumuzu göstərəcək.

  148 personal da göndəririk. İki tam təchiz olunmuş səhra xəstəxanası və 6 təcili tibbi yardım briqadası, 16 təcili tibbi yardım maşını, 7 UMKE ATAK ilə təchiz edilmiş maşın gəmi ilə yoldadır".

  Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKA-da Liviyada "Daniel" fırtınasından sonra baş verən sel fəlakəti ilə əlaqədar bölgəyə təmiz içməli su və 5 min qida paketi göndərib.

  TİKA-nın verdiyi yazılı məlumata görə, yardım sentyabrın 14-də fəlakət qurbanlarına paylanmaq üçün Liviya Qızıl Aypara Cəmiyyətinə çatdırılıb.

  Xatırladaq ki, sentyabrın 10-da Mərkəzi Aralıq dənizini təsiri altına alan və Liviyanın şərqini vuran "Daniel" qasırğasının yaratdığı sel fəlakətində 6 min nəfər həyatını itirib, minlərlə adam itkin düşüb.



Әlaqәli Xәbәrlәr