Ömər Çelik: "Ermənilərin Qarabağda keçirdikləri qondarma seçkinin legitimliyi yoxdur''

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədrinin müavini və partiya sözçüsü Ömər Çelik Rusiya-Ukrayna müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) təşəbbüsü ilə yaradılan taxıl dəhlizinin canlandırılmasının vacibliyini vurğulayıb.

2036876

Ömər Çelik dünən Prezident və Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə paytaxt Ankarada keçirilən Ədalət və İnkişaf Partiyasının Mərkəzi İdarə Heyətinin toplantısından sonra mətbuat konfransı keçirib.
Ömər Çelik 24 fevral 2022-ci ildə başlayan və bütün dünya sisteminə təsir edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı hər kəsin bir ssenarisi olduğunu, müharibənin davam etdirilməsi üçün müəyyən hazırlıqların edildiyini, ancaq Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyenin sülhün təmin olunması mövzusunda israr etdiyini söyləyib.
Ömər Çelik prezident Rəcəb Tayyib Ərdoğanın taxıl dəhlizinin canlandırılması üçün cəhdlərini davam etdirdiyini bildirib.
"Hesab edirik ki, bu proses BMT-nin çətiri altında, BMT-nin təşəbbüsü ilə Rusiya və Ukrayna ilə birlikdə, heç bir ölkəni heç bir şəkildə istisna etmədən həyata keçirilməlidir. Ukrayna, Bolqarıstan və Rumıniya yeni marşrut yaratmağa çalışırlar. Rəsmi Moskva mövcud dəhlizlə bağlı verilən vədlərin yerinə yetirilməsini istəyir'',-deyə Ömər Çelik vurğulayıb.
Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma seçkilərə də toxunan Ömər Çelik deyib: "Ermənilərin  Qarabağda keçirdikləri qondarma seçkinin legitimliyi yoxdur. Ermənistan bölgədə gərginliyi artıracaq cəhdlərdən əl çəkməlidir.Türkiye Qarabağ müharibəsində olduğu kimi qardaş Azərbaycanı tam dəstəkləyir''.

Әlaqәli Xәbәrlәr