Hakan Fidan Murat Nurtileu ilə görüşüb

Türkiyenin xarici işlər naziri Hakan Fidan Qazaxıstan Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtileunun dəvəti ilə bu ölkəyə səfər edib.

2035614
Hakan Fidan Murat Nurtileu ilə görüşüb

Türkiyenin xarici işlər naziri Hakan Fidan Qazaxıstan Baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtileunun dəvəti ilə bu ölkəyə səfər edib.

Hakan Fidan səfəri çərçivəsində ilk dəfə Murat Nurtleu ilə görüşüb.

Tərəflər regional məsələlər, ticarət və iqtisadi məsələlər, eləcə də ölkələrarası əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüşdən sonra təşkil edilən mətbuat konfransında çıxış edən  Hakan Fidan Qazaxıstanla ticarət həcminin ildən-ilə artmağa davam edəcəyini bildirib.
Hakan Fidan deyib: "Biz Qazaxıstanın ən böyük sərmayədarlarından biriyik. Asiya ilə Avropa arasında ticarət əlaqələrini inkişaf etdirmək iqtidarındayıq. Biz Qazaxıstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik".

Nazir Hakan Fidan Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizədə atılan addımları müzakirə etdiklərini də bildirib.

"Ortaq düşmənimiz FETÖ ilə bağlı addımları müzakirə etdik. Onların Türkiyedə və digər ölkələrdə nə etmək istədiklərini bilirik. Xain təşkilata qarşı aparılacaq mübarizəyə hər cür dəstəyi verməyə hazırıq''.

H.Fidan və M.Nurtleu arasında baş tutacaq görüşdən sonra nümayəndə heyətləri arasında görüş olacaq, daha sonra iki nazir birgə mətbuat konfransında çıxış edəcəklər.

Xarici işlər naziri H. Fidanın təmasları çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü gözlənilir.

Görüşlərdə  regional və beynəlxalq məsələlərlə yanaşı, Türkiye-Qazaxıstan münasibətləri də müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr