Türkiyenin ticarət naziri Ömər Bolat İraq prezidenti Əbdüllətif Rəşit ilə görüşüb

Bu barədə Ömər Bolat rəsmi internet səhifəsində verdiyi bəyanatda bildirib.

2030823
Türkiyenin ticarət naziri Ömər Bolat İraq prezidenti Əbdüllətif Rəşit ilə görüşüb

Türkiyenin ticarət naziri Ömər Bolat İraq prezidenti Əbdüllətif Rəşit ilə görüşüb.
Bu barədə Ömər Bolat rəsmi internet səhifəsində verdiyi bəyanatda bildirib.
Ömər Bolat İraqa səfəri çərçivəsində İraq prezidenti Əbdüllətif Rəşit tərəfindən qəbul edildiyini bildirib.
“Prezident Əbdüllətif Rəşit İraqın yenidən qurulmasında mühüm rol oynayan şirkətlərimizi İraqda yeni layihələrdə görmək istədiklərini, Türkiyenin İraqın ən mühüm tərəfdaşlarından biri olduğunu və şirkətlərimizi İraqın bütün bölgələrində dəstəkləməyə davam edəcəklərini bildirdi. Səfər çərçivəsində ticarətimizin şaxələndirilməsi və artırılması və şirkətlərimizin İraqdakı layihələrdə ştirak etməsinin təmin edilməsi mövzusundakı prioritetlərimizi ifadə etdik."
Ticarət naziri Ömər Bolat həmçinin İraqın yenidənqurma, məskunlaşma, bələdiyyələr və ictimaiyyətlə əlaqələr naziri Bengin Rekani ilə də görüşüb.



Әlaqәli Xәbәrlәr