MİT İraqda PKK üzvü bir terrorçunu zərərsizləşdirib

Türkiye polisi və kəşfiyyatçılarına sui-qəsd etmək üçün təlim keçən separatçı terror təşkilatı PKK üzvü, "Baver Botan" kod adlı Bəkir Kına İraqda zərərsizləşdirilib.

2028208
MİT İraqda PKK üzvü bir terrorçunu zərərsizləşdirib

Suriyanın şimalında "Zeytun budağı" bölgəsinə atəş açan separatçı terror təşkilatı PKK/YPG üzvü 6 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada "Suriyada xalqın əmin-amanlığını və təhlükəsizliyini pozmaq istəyən terrorçulara cavab verməyə davam edirik. Qəhrəman Türkiye Silahlı Qüvvələrimiz "Zeytun budağı" əməliyyat bölgəsində təcavüz atəşi açan 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib" ifadələrindən istifadə edilib.

Digər tərəfdən, Türkiye polisi və kəşfiyyatçılarına sui-qəsd etmək üçün təlim keçən separatçı terror təşkilatı PKK üzvü, "Baver Botan" kod adlı Bəkir Kına İraqda zərərsizləşdirilib.

2019-cu ildə İraqa gedərək təşkilata qoşulan Kına indiyə qədər İran və İraqda terror fəaliyyətləri həyata keçirib.

Türkiye Silahlı Qüvvələri, polis və Milli Kəşfiyyat Təşkilatı (MİT) mənsublarına qarşı sui-qəsd üçün İraqın Türkiyedən təxminən 150 kilometr uzaqlıqda yerləşən Süleymaniyyə şəhərində təlim keçən Kınanın qısa və uzun lüləli silahlarla təlim keçdiyi və qeyri-qanuni yollarla Türkiyeyə göndərilmək istəndiyi müəyyən edilib.

 Həmin məlumatlar işığında hərəkətə keçən MİT terrorçu Kınanı sui-qəsd hazırlığı edərkən keçirdiyi əməliyyatla zərərsizləşdirib.



Әlaqәli Xәbәrlәr