"Pile-Yiğitler yolu layihəsinin qarşısını almağa çalışan BMT neytrallığını itirib", H.Fidan

H.Fidan Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel ilə paytaxt Ankarada Xarici İşlər Nazirliyində keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.

2027806
"Pile-Yiğitler yolu layihəsinin qarşısını almağa çalışan BMT neytrallığını itirib", H.Fidan

Xarici işlər naziri Hakan Fidan Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) Pile-Yiğitler yolu layihəsinin qarşısını almağa çalışan Birləşmiş Millətlər Təşkilatının (BMT) neytrallığını itirdiyini bildirib.

Nazir Fidan Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel ilə paytaxt Ankarada Xarici İşlər Nazirliyində keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.

Kıbrıs adasının Pile bölgəsində olan Rum əhali üçün Rum İdarəsi tərəfindən çəkilən yolun heç vaxt BMT-nin əngəlinə və qınamalarına məruz qalmadığını vurğulayan Fidan deyib: “Ancaq eyni şey Türk tərəfinə olanda birdən görürük ki, BMT və adadakı rəsmilər BMT vəzifəlisi rolundan əl çəkib, şahincəsinə bu humanitar yol layihəsinin qarşısını almaq üçün ciddi addımlar atır”.

Bu vəziyyətin avqustun 18-də arzuolunmaz hadisələrə səbəb olduğunu bildirən Fidan BMT-nin Kıbrısdakı mülki və hərbi varlığının öz daxilində koordinasiya çatışmazlığı içində olduğunu müşahidə etdiklərini söyləyib.

Nazir Hakan Fidan “BMT-nin “neytral bölgə”, ŞKTC-nin “öz ərazisi” kimi xarakterizə etdiyi mübahisəli əraziyə BMT avtomobillərinin qəfil toplanması, açıq-aydın xoş qarşıladığımız bir münasibət deyil. Biz hesab edirik ki, BMT neytrallığını itirib. ŞKTC-nin haqlı mövqeyini sona qədər müdafiə edəcəyik” deyib.

Türkiyenin Avropa İttifaqına (Aİ) üzvlük prosesinə də toxunan Hakan Fidan bunun "Aİ-nin qlobal bir aktor olaraq mövqeyini" gücləndirəcəyini qiymətləndirdiklərini, lakin bu məsələnin Aİ üzv dövlətləri tərəfindən bu tərz görülmədiyini və üstünlük verilmədiyini bildirib.

Nazir Fidan prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələni vurğuladığını və bu təşəbbüsü xatırlatdığını vurğulayaraq deyib ki, Türkiyenin Aİ-yə üzvlüyü həm Aİ-yə, həm də regionumuza yeni imkanlar təqdim edir. Tövsiyə edirəm ki, yeni fürsət pəncərəsi bağlanmazdan əvvəl Aİ rəsmiləri və Avropa liderləri tərəfindən istifadə olunsun.



Әlaqәli Xәbәrlәr