Hakan Fidan İraqa rəsmi səfər edəcək

Xarici İşlər Nazirliyindən verilən açıqlamada, nazir Hakan Fidanın 22-24 avqust tarixləri arasında İraqa rəsmi səfər edəcəyi bildirilib.

2027677
Hakan Fidan İraqa rəsmi səfər edəcək

Türkiyenin xarici işlər naziri Hakan Fidan İraqa rəsmi səfər edəcək.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada, nazir Hakan Fidanın 22-24 avqust tarixləri arasında İraqa rəsmi səfər edəcəyi bildirilib.

Hakan Fidan İraqa səfəri zamanı paytaxt Bağdad və Ərbildə yüksək səviyyəli görüşlər keçirəcək.

Səfər zamanı İraqla hər sahədə əməkdaşlığın yaxşılaşdırılması imkanları müzakirə olunacaq, həmçinin cari, regional və beynəlxalq hadisələr ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.


Etiketlәr: #İraq , #Hakan Fidan

Әlaqәli Xәbәrlәr