Türkiyə prezidenti Niger hadisələrinə münasibət bildirdi

Macarıstan Quruluş Günü münasibətilə və Dünya Atletika Çempionatı üçün getdiyi Budapeştdən qayıdarkən təyyarədə R.T.Ərdoğan jurnalistlərin suallarını cavablandıraraq Nigerdə ​​baş verənlərə münasibət bildirib

2027380
Türkiyə prezidenti Niger hadisələrinə münasibət bildirdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbçilərin 26 iyulda hakimiyyəti ələ keçirdiyi Nigerdə ​​hələ də həll yolunun əldə olunmadığına diqqət çəkib.

  Macarıstan Quruluş Günü münasibətilə və Dünya Atletika Çempionatı üçün getdiyi Budapeştdən qayıdarkən təyyarədə R.T.Ərdoğan jurnalistlərin suallarını cavablandıraraq Nigerdə ​​baş verənlərə münasibət bildirib, deyib: “Nigerdə hələlik bir həll yolu tapılmayıb. Biz hazırda Xarici İşlər Nazirliyimizlə burada əsas rolumuzu necə oynaya biləcəyimizə diqqət yetiririk. Nigerdə ​​də həll yolu tapmağa yardım etməliyik. Ümid edirəm ki, dost və qardaş ölkə Niger ən qısa zamanda konstitusiya quruluşuna və demokratik idarəçiliyə nail olar.

  Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Nigerə müdaxilə qərarını bəyənmirik. Bu qərardan sonra Mali və Burkina Faso xəbərdarlıq etdi ki, Nigerə belə bir hərbi müdaxilə onlara qarşı da müharibə aparmaq deməkdir. Nigerə hərbi müdaxilə bir çox Afrika ölkələrinə qeyri-sabitliyin yayılması olar.

  Nigerdə ​​ictimai sülh və sabitliyin ən qısa zamanda bərpa olunmasını arzulayırıq. İnanıram ki, Niger xalqı ən qısa zamanda demokratiyanı müdafiə edəcək və seçkilər keçirəcək.

  Türkiyə olaraq dost və qardaş Niger xalqının yanında olmağa davam edəcəyik”.



Әlaqәli Xәbәrlәr