Hakan Fidan ilə fransalı həmkarı arasında telefon danışığı olub

Xarici işlər naziri Hakan Fidan ilə Fransanın xarici işlər naziri Ketrin Kolonna arasında telefon danışığı olub.

2026111
Hakan Fidan ilə fransalı həmkarı arasında telefon danışığı olub

Xarici işlər naziri Hakan Fidan ilə Fransanın xarici işlər naziri Ketrin Kolonna arasında telefon danışığı olub.

Xarici İşlər nazirliyinin məlumatına görə, Hakan Fidan görüş zamanı Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) hökumətinin “Pile-Yiğitler Yolu” layihəsi ilə bağlı Kolonnanı məlumatlandırıb.

Görüşdə Qara Dəniz Taxıl Təşəbbüsü də müzakirə olunub.

Qeyd edək ki, Şimali Kıbrıs Türk Cümhuriyyəti Xarici İşlər Nazirliyi "Pile-Yiğitler Yolu" layihəsinin KKTC-dən Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti altında olan Yaşıl Xətt üzərindəki Pile kəndinə asan gediş-gəlişi təmin etmək üçün tamamilə humanitar səbəblərlə hazırlandığını açıqlayıb.

KKTC Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada qeyd olunub ki, "Pile-Yiğitler" yolunun genişləndirilməsi və abadlaşdırılması üçün hazırlanan layihə, Pile əhalisinin bölgədəki ərazilərə asanlıqla daxil olması, bölgə əhalisini iqtisadi cəhətdən inkişaf etdirmək və Pile kəndinə İngilis Suveren Baza Bölgsinə möhtac olmadan keçid təmin etmək məqsədilə həyata keçirilib.



Әlaqәli Xәbәrlәr