Son bir həftədə 67 terrorçu zərərsizləşdirilib

Türkiye Silahlı Qüvvələrinin separatçı terror təşkilatı PKK/YPG-yə qarşı əməliyyatları qətiyyətlə davam edir.

2025959
Son bir həftədə 67 terrorçu zərərsizləşdirilib

Türkiye Silahlı Qüvvələrinin separatçı terror təşkilatı PKK/YPG-yə qarşı əməliyyatları qətiyyətlə davam edir.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, son bir həftədə 67 terrorçu zərərsizləşdirilib.

Bir il ərzində zərərsizləşdirilən terrorçuların sayı 1062 olub. 2015-ci ildən bu yana zərərsizləşdirilən terrorçuların ümumi sayı 38 min 405 nəfər olaraq qeyd edilib.

Bu həftə İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı çərçivəsində çoxlu sayda və müxtəlif növ sursat ələ keçirilib. Aşkarlanan 3 anbarda təxminən 100 min AK-47 sursat tapılıb.

Suriyada həyatın normallaşması, sabitliyin bir an əvvəl bərqərar olması və suriyalıların təhlükəsiz mühitə qayıtması üçün fəaliyyətlər də davam edir.

Cari ilin əvvəlindən bu yana əməliyyat bölgələrində 33-ü son bir həftədə olmaqla 777 terrorçu zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr