DİN:''Türkiye qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində Böyük Britaniya ilə əməkdaşlıq edir''

Daxili İşlər Nazirliyi (DİN) miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində bir çox ölkə ilə əməkdaşlıq edir.

2023176
DİN:''Türkiye qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində Böyük Britaniya ilə əməkdaşlıq edir''

Daxili İşlər Nazirliyi (DİN) miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində bir çox ölkə ilə əməkdaşlıq edir.
DİN-yi Türkiyenin bu çərçivədə Böyük Britaniya ilə də əməkdaşlıq etdiyini açıqlayıb.
Nazirlikdən verilən bəyanatda qlobal problem olan qeyri-qanuni miqrasiya və miqrant qaçaqmalçılığı ilə məşğul olanlara qarşı mübarizədə Böyük Britaniya da daxil olmaqla ikitərəfli görüşlərin keçirildiyi bildirilib.
Bu kontekstdə Böyük Britaniya və Türkiyə arasında 2019-cu ildən etibarən hər il “Miqrasiya Dialoqu” görüşləri keçirilir.
Daxili İşlər Nazirliyindən verilən bəyanatda deyilir: "Biz qeyri-qanuni miqrasiya və miqrant qaçaqmalçılığı ilə məşğul olanlarla mübarizə çərçivəsində  Böyük Britaniya ilə kəşfiyyat məlumatlarını bölüşmək mövzusunda razılıq əldə etdik. Qeyri-qanuni miqrasiyanın və insanların təhlükəli səfərlər zamanı həyatını itirməsinin qarşısının alınması mövzusu ilkin prioritetlərimizdəndir. Bu humanitar məsələləri davamlı olaraq regional və beynəlxalq arenada gündəmə gətiririk''.
Bəyanatda Türkiyenin BMT başda olmaqla üzv olduğu təşkilatlarda miqrasiya mövzusunda fəal, sözü keçən, töhfələri qəbul edilən və əməkdaşlıq edilən ölkə olduğu vurğulanıb.

"Biz qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün dost və müttəfiq ölkələrlə mövcud əməkdaşlığımızı gücləndirməyə çalışırıq. Bu məqsədlə biz miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya ilə mübarizədə bir çox ölkələrlə olduğu kimi Böyük Britaniya ilə də əməkdaşlıq edirik. Qeyri-qanuni miqrasiya və miqrant qaçaqmalçılığı ilə məşğul olanlara qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik'',-deyə Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib.



Әlaqәli Xәbәrlәr