Terrorla mübarizədə beş hərbçi şəhid olub

Türkiye Silahlı Qüvvələrinin beş hərbçisi İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində terrorçularla mübarizə zamanı şəhid olub.(YENİLƏNİB)

2022510
Terrorla mübarizədə beş hərbçi şəhid olub

Türkiye Silahlı Qüvvələrinin beş hərbçisi İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində terrorçularla mübarizə zamanı şəhid olub.

Milli Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada edilən təcavüz atəşi nəticəsində piyada leytenantı Fatih Uğur Altınbaş və mütəxəssis çavuş Kamal Özekin şəhid olduğu, 3 əsgərin yaralandığı bildirilib.

Açıqlamada yaralı əsgərlərin dərhal xəstəxanaya aparıldığı, bölgədə əməliyyatların davam etdiyi bildirilib.

Yaralanan piyada mütəxəssisi onbaşı Uğur Özdemir və piyada müqaviləli əsgər Mahmut Üçdağ xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və şəhid olub.

Daha yaralı bir əsgər şəhid olub

Nazirlikdən verilən açıqlamada dünən "Pəncə-Kilid" əməliyyatı bölgəsində separatçı terror təşkilatı tərəfindən açılan təcavüz atəşi nəticəsində yaralanan və xəstəxanada müalicəsi davam etdirilən piyada mütəxəssisi çavuş Özkan Lalenin bütün müdaxilələrə baxlayaraq xilas edilə bilmədiyi və şəhid olduğu bildirilib.

Açıqlamada “Bizə dərin ağrı və hüzn yaşadan bu hadisədə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiye Silahlı Qüvvələrinə və nəcib millətimizə başsağlığı verir, səbr diləyirik. Yaralılara isə şəfa diləyirik” ifadəsi yer alıb.



Әlaqәli Xәbәrlәr