Əli Yerlikaya: ''Son 60 gündə 172 terrorçu zərərsizləşdirildi''

Türkiyenin daxili işlər naziri Əli Yerlikaya son 60 gündə 172 terrorçunun zərərsizləşdirildiyini bildirib.

2020624
Əli Yerlikaya: ''Son 60 gündə 172 terrorçu zərərsizləşdirildi''

Türkiyenin daxili işlər naziri Əli Yerlikaya son 60 gündə 172 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Əli Yerlikaya Manisada keçirilən toplantıda etdiyi çıxışda terrorla mübarizə məsələsinə toxunub.
Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizənin qətiyyətlə davam edəcəyini vurğulayan Yerlikaya 62 gündür daxili işlər naziri vəzifəsini icra etdiyini bildirib.
"Son 60 gündə separatçı terror təşkilatı PKK, FETÖ, DEAŞ və ifrat sol terror təşkilatları ilə mübarizə çərçivəsində ümumilikdə 29 min 32 əməliyyat həyata keçirdik. Bu əməliyyatlar nəticəsində 172 terrorçu zərərsizləşdirildi, 540-ı saxlanıldı'',-deyə Türkiyenin daxili işlər naziri qeyd edib.



Әlaqәli Xәbәrlәr