Mehmet Şimşek beynəlxalq investorlarla görüşəcək

Türkiyenin xəzinə və maliyyə naziri Mehmet Şimşək sabah keçiriləcək Türkiye İqtisadi Forumu çərçivəsində beynəlxalq investorlarla görüşəcək.

2019839
Mehmet Şimşek  beynəlxalq investorlarla görüşəcək

Türkiyenin xəzinə və maliyyə naziri Mehmet Şimşək sabah keçiriləcək Türkiye İqtisadi Forumu çərçivəsində beynəlxalq investorlarla görüşəcək.
Nazir Mehmet Şimşək Amerika investisiya bankı JP Morgan tərəfindən sabah İstanbulda təxminən 50 investorun iştirakı ilə keçiriləcək Türkiye İqtisadi Forumuna qatılacaq.
Mehmet Şimşək forumda beynəlxalq investorlara Türkiye iqtisadiyyatı haqıında məlumat verəcək.
Xəzinə və maliyyə naziri daha sonra investorlarla ayrı-ayrılıqda görüş keçirəcək. O, həmçinin BlackRock, JP Morgan, Sinqapur Sərvət Fondu və Franklin Templeton investisiya şirkətlərinin nümayəndələri ilə təkbətək görüşlər keçirəcək.
Mərkəzi Bankın sədri Hafize Gaye Erkan da forumda çıxış edəcək.
Forum və görüşlər mətbuata qapalı keçiriləcək.



Әlaqәli Xәbәrlәr