Hakan Fidan: "İki ölkə bu təxribatların zərərini görməyə başladı"

Xarici işlər naziri Hakan Fidan, Danimarka və İsveçdə Qurana edilən hücumlarla əlaqədar olaraq, iki ölkənin bu təxribatların zərərini görməyə başladığını söyləyib.

2018292
Hakan Fidan: "İki ölkə bu təxribatların zərərini görməyə başladı"
Джейхун Байрамов.jpg

Xarici işlər naziri Hakan Fidan, Danimarka və İsveçdə Qurana edilən hücumlarla əlaqədar olaraq, iki ölkənin bu təxribatların zərərini görməyə başladığını söyləyib.

Hakan Fidan paytaxt Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında Qurana hücumlarla bağlı danışıqların davam etdiyini bildirib.

İslam ölkələri ilə koordinasiyalarının davam etdiyini ifadə edən nazir Fidan deyib:

"Türkiyenin yürütdüyü diplomatiyanın ciddi bir fərq ​​yaradaraq həll axtarışları üçün yaxşı nümunə təşkil etdiyini düşünürük. Önəmli olan İƏT (İslam Əməkdaşlıq Təşkilatı) ölkələrinin birgə işlərini davam etdirmələridir. ƏT bu gün onlayn iclas keçirəcək. Mən də iştirak edəcəm. Bu məsələnin ciddiliyini qarşı tərəflər də anlayırlar. Danimarka və İsveç bu təxribatların zərərini görməyə başlayıblar. Biz bu prosesdə lazımi işləri görməyə davam edəcəyik”.

"İsveçdə və Danimarkada “Qurani-Kərim”in silsilə şəkildə yandırılması halları qəbuledilməzdir və bunu pisləyirik”.

Bunu isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov öz növbəsində deyib.

    Nazir bildirib ki, tərəflərin bunu insan hüquqları və söz azadlığı ilə əlaqələndirməsi tamamilə yersizdir. “Müsəlmanların hislərinin tapdalanması və nəzərə alınmaması heç kimə bu əməli söz azadlığı və insan hüquqları çətiri altında etməyə əsas vermir. Tərəflər bununla bağlı addımlar atmalıdır. Biz bunun nəticələrinə baxmalıyıq və nəticələrə əsasən onu qiymətləndirəcəyik. Təəssüflər olsun ki, islamofobiya bir sıra ölkələrdə geniş vüsət alıb. Müqəddəs kitablara qarşı olan təcavüz həmin islamofobiyanın təzahürlərindən sadəcə biridir. Bir sıra ölkələrdə bununla bağlı kampaniyalar görürük və bu tamamilə qəbuledilmzədir”, - Ceyhun Bayramov əlavə edib.



    Әlaqәli Xәbәrlәr