Hakan Fidan: "Qeyri-qanuni miqrasiya ilə mübarizədə regional əməkdaşlıq vacibdir"

Xarici işlər naziri Hakan Fidan Romada Beynəlxalq İnkişaf və Miqrasiya Konfransında iştirak edib.

2014996
Hakan Fidan: "Qeyri-qanuni miqrasiya ilə mübarizədə regional əməkdaşlıq vacibdir"

Xarici işlər naziri Hakan Fidan Romada Beynəlxalq İnkişaf və Miqrasiya Konfransında iştirak edib
Xarici işlər naziri Hakan Fidan Aralıq dənizi ölkələrinin yaşadığı ortaq problem olaraq xarakterizə etdiyi qeyri-qanuni miqrasiya ilə mübarizədə regional əməkdaşlığın vacib olduğunu söyləyib.

Mətbuata qapalı keçirilən konfransda nazir Fidan da çıxış edib.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, H.Fidan qeyri-qanuni miqrasiyanın Aralıq dənizi ölkələrinin ortaq bir sınaqı olduğunu ifadə edərək, qanunsuz miqrasiya ilə mübarizədə regional əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.

Miqrasiyanın qaynaqlandığı yerdə dayandırılmasının vacibliyini vurğulayan nazir Fidan bunun üçün qarşıdurmaların və iqtisadi problemlərin aradan qaldırılmasının vacibliyini dilə gətirib. 

Xarici işlər naziri Fidan ölkələr arasında yükün bölüşdürülməsinin vacibliyini vurğulayarkən bütün ölkələri ksenofobiya və nifrət cinayətlərinin qarşısını almağa və insan ləyaqətinin qorunması üçün tolerantlıq mədəniyyətini inkişaf etdirməyə çağırıb.



Әlaqәli Xәbәrlәr