Ərdoğan gələn həftə Abbas və Netanyahunu qonaq edəcək

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə üç gün ara ilə Türkiyeyə səfər edəcəklər.

2014132
Ərdoğan gələn həftə Abbas və Netanyahunu qonaq edəcək

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə üç gün ara ilə Türkiyeyə səfər edəcəklər.

Bu barədə Türkiye Prezidentinin mətbuat xidmətindən bildirilib.

“Prezident Rəcəb Tayyib Ərdoğan bir həftə ərzində Türkiyedə Fələstin Prezidenti Mahmud Abbas və İsrailin Baş naziri Benyamin Netanyahunu ayrı-ayrılıqda qəbul edəcək. Prezident Ərdoğanın dəvəti ilə ölkəmizə gələcək liderlər aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparacaqlar”, - deyə məlumatda qeyd olunub.

M.Abbas Türkiyeyə iyulun 25-də, B.Netanyahu isə iyulun 28-də səfər edəcək.



Әlaqәli Xәbәrlәr