R.T.Ərdoğan: ''Türkiye ilə BƏƏ arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatacaq''

Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Türkiye Prezidenti  Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan heyətlər arasında baş tutan görüşlərə sədrlik ediblər.

2013609

Burada çıxış edən Rəcəb Tayyib Ərdoğan Əbu-Dabiyə yenidən səfər etdiyi üçün xoşbəxt olduğunu bildirib, ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyana təşəkkür edib.

Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələrin 50-ci ildönümündə yaxın dialoq və əməkdaşlığın inkişafından məmnun olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan ortaq anlaşma memorandumunun imzalanması ilə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatacağını bildirib.

Prezident Ərdoğan deyib:

"Yüksək Səviyyəli Strateji Şura mexanizmi ilə əlaqələrimizin mütəmadi olaraq ən yüksək səviyyədə idarə olunmasını təmin edəcəyik.  İmzalanacaq yeni sənədlərlə əməkdaşlığımızın müqavilə əsasları möhkəmlənəcək. Biz, həmçinin investisiya təşviqi, təhlükəsizlik, bərpa olunan enerji, nəqliyyat kimi sahələrdə hüquqi infrastrukturu gücləndirmək istəyirik''.

Qeyd edək ki, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 13 sənəd imzalanıb. Məlumata əsasən, razıalşamaların ümumi dəyəri 50,7 milyard dollardır. İmzalanan sənədlər enerji, nəqliyyat, infrastruktur, logistika, elektron ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə sənayesi, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələri əhatə edir.

Әlaqәli Xәbәrlәr