Cevdet Yılmaz və Mehmet Şimşek Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər ediblər

Türkiyenin vitse-prezidenti Cevdet Yılmaz və xəzinə və maliyyə naziri Mehmet Şimşək Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabiyə işğüzar səfər ediblər.

2002903

Cevdet Yılmazı və Mehmet Şimşəyi Əbu Dabi Beynəlxalq Hava Limanında BƏƏ-nin ədliyyə naziri Abdullah bin Sultan bin Avad Əl Nuaimi ilə Türkiyenin Əbu-Dabidəki səfiri Tuqay Tunçer və digər rəsmi şəxslər qarşılayıblar.

Məlumata görə, Cevdet Yılmaz və Mehmet Şimşek heyətlər arasında baş tutacaq görüşlərdən sonra BƏƏ dövlət başçısı Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcəklər.

İki ölkə arasında iqtisadi əməkdaşlıq imkanlarının qiymətləndiriləcəyi görüşdə BƏƏ-nin vitse-prezidenti Şeyx Mansur Bin Zayed Al Nahyan da iştirak edəcək.

Әlaqәli Xәbәrlәr