Yaşar Gülər bir sıra ölkənin müdafiə naziri ilə görüşüb

Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısı keçirilir.

2000329
Yaşar Gülər bir sıra ölkənin müdafiə naziri ilə görüşüb
yasar guler-ingiltere savunma bakani ben wallace.jpg
guler-estonya savunma bakani hanno pevkur.jpg
yasar guler-litvanya savunma bakani arvydas anusauskas.jpg

Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısı keçirilir.

Milli müdafiə naziri Yaşar Gülər ​​təmasları çərçivəsində ilk olaraq NATO-nun Baş katibi Yens Stoltenberq ilə NATO-nun mənzil-qərargahında görüşüb.

Görüş zamanı müdafiə, təhlükəsizlik və NATO ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli müdafiə naziri Yaşar Gülər ​​Litvanın müdafiə naziri Arvydas Anusauskas ilə də görüşüb.

Tərəflər ikitərəfli, regional müdafiə və təhlükəsizlik ilə NATO məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Gülərin ​​Estoniyanın müdafiə naziri Hanna Pevkur ilə görüşündə regional müdafiə və təhlükəsizlik, hәmçinin NATO məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Pevkur görüşdə Yaşar Güləri yeni vəzifəsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Böyük Britaniyanın müdafiə naziri Ben Vollas ilə də görüşən Yaşar Gülər ​​həmkarı ilə ikitərəfli, regional müdafiə və təhlükəsizlik, müdafiə sənayesində əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparıb.

NATO-nun mənzil-qərargahında 2 gün davam edəcək toplantıda 2022-ci ilin 24 fevral tarixindən etibarən davam edən Rusiya-Ukrayna müharibəsi başda olmaqla bir çox mövzular müzakirə edilir.
NATO-nun müdafiə büdcəsinin artırılması ilə bağlı da müzakirələr aparılır.

 

 

 


Etiketlәr: #NATO , #Yaşar Gülər

Әlaqәli Xәbәrlәr