İsveçrədə “Ərdoğanı öldürün” pankartı açıldı və …

Türkiyənin İsveçrədəki səfirliyi və Sürixdəki baş konsulluğu təxribatla bağlı İsveçrə federal orqanlarına məlumatlar verib

1999905
İsveçrədə “Ərdoğanı öldürün” pankartı açıldı və …

 

  İsveçrənin Sürix şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və Türkiyə bayrağını hədəf alan təxribatlar törədilib.

  Sürixdə UBS bankının qarşısında Sürix İnqilabçı Tətil Kollektivi adlı qrup tərəfindən prezident Ərdoğana bənzədilmiş kukla və Türkiyə bayrağı yandırılıb.

  İsveçrənin hər yerində minlərlə adamın qatıldığı etiraza “Ərdoğanı öldürün” yazılmış pankart da açıb.

  Pankartı və kuklanı “instagram” hesabında da paylaşan qrup kuklanın yanan anını əks etdirən videonu “twitter”də yayımlayıb.

  İsveçrə polisi aksiyanın onların xəbəri olmadan baş verdiyini və icazəsiz olduğunu bildirib.

  Türkiyənin İsveçrədəki səfirliyi və Sürixdəki baş konsulluğu təxribatla bağlı İsveçrə federal orqanlarına məlumatlar verib.

  Xatırladaq ki, 25 mart 2017-ci il tarixində İsveçrənin paytaxtı Berndə Federal Parlament binası qarşısındakı Parlament meydanında keçirilən etiraz mitinqində qara fonda Ərdoğanın başına silah dəyən şəkli və üzərində "Ərdoğanı öldür" və altında "Öz silahları ilə" sözləri ilə yazılıb. Pankartı açanlara qarşı iş açıldı. 18 yanvar 2022-ci il tarixində başlayan məhkəmədə 9 martda hakimin 4 müttəhimə bəraət hökmü ilə nəticələndi. Avqust ayında Bern Baş Prokurorluğunun sözçüsü Bern Rayon Məhkəməsindəki işdə bəraət qərarına etiraz edərək Ali Məhkəməyə müraciət edildiyini bildirdi.  



Әlaqәli Xәbәrlәr