R.T.Ərdoğan:"Türkiye və Azərbaycan olaraq Şərqlə Qərb arasında strateji mövqeyə sahibik''

Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra ilk xarici səfərini Şimali Kıbrıs Türk Cümhuriyyəti və Azərbaycana edib.

1999242

Rəsmi internet səhifəsində paylaşım edən Rəcəb Tayyib Ərdoğan 
“Türkiye Yüz İli,  Türk dünyasının Yüz İli olacaq''  deyib.
Türk Dövlətləri Təşkilatının institusional potensialını gücləndirmək üçün səy göstərdiklərini bildirən Rəcəb Tayyib Ərdoğan deyib: "Türkiye və Azərbaycan olaraq Şərqlə Qərb arasında strateji mövqeyə sahibik. Əməkdaşlığımızı ticarətdən enerjiyə, müdafiə sənayesindən nəqliyyata qədər dərinləşdirəcəyik".
Prezident Rəcəb Tayyib Ərdoğan paylaşımında həmçinin bu ifadələrə yer verib: “Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə regionumuz daha da çiçəklənəcək.Biz bu dialoq prosesini İlham qardaşımla tam koordinasiya şəraitində həyata keçiririk. Mən də inanıram ki, biz bu təmasların müsbət nəticələrini yaxın gələcəkdə görəcəyik".

Әlaqәli Xәbәrlәr