Öncüpınar sərhəd-keçid məntəqəsinə hücum etməyə cəhd göstərən terrorçulara ağır zərbələr endirilib

Terror təşkilatı PKK/YPG-nin ''Fərat qalxanı'' əməliyyatı bölgəsindəki Cibrin bazası ərazisinə və Öncüpınar sərhəd-keçid məntəqəsinə təşkil etdiyi hücumlara lazımi cavab verilib.

1998185

Terrorçulara məxsus qondarma qərargah dağıdılıb, 7 terrorçu  zərərsizləşdirilib.
Bu barədə Türkiyenin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin internet səhifəsində edilən paylaşımda bu ifadələrə yer verilib: ''Terror təşkilatı PKK/YPG ''Fərat qalxanı'' əməliyyatı bölgəsindəki Cibrin bazası ərazisinə və Öncüpınar sərhəd-keçid məntəqəsinə eyni vaxtda hücum edib. Hücumlar zamanı hərbçilərimiz, polis əməkdaşlarımız zərər görməyib, baza ərazisinə ziyan dəyməyib.
Türkiye Silahlı Qüvvələri hücuma lazımi cavabı verib. İlkin məlumatlara görə 2-si dırnaqarası rəhbər olmaqla 7 terrorçu zərərsizləşdirilib''.
Terrorçuların hücum cəhdlərini heç vaxt cavabsız qoymayan Türkiye hərbçiləri  terrorçulara aid bir çox hədəfə ağır zərbələr endirməyə davam edir.

Әlaqәli Xәbәrlәr