Hulusi Akar: "Suriyanın şimalında daha 6 terrorçu zərərsizləşdirildi"

Milli müdafiə naziri Hulusi Akar Suriyanın şimalında daha 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

1988948
Hulusi Akar: "Suriyanın şimalında daha 6 terrorçu zərərsizləşdirildi"

Milli müdafiə naziri Hulusi Akar Suriyanın şimalında 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Milli müdafiə naziri Hulusi Akar İstanbul Pendikdəki Atatürk Mədəniyyət Mərkəzində keçirilən Terrorla Mübarizə və Suriya Konfransında çıxış edib.

Böyük və qüdrətli bir Türkiyenin qarşısındakı ən böyük maneələr arasında olan terrorla mübarizənin qətiyyətlə davam etdiyini bildirərək, əsgərlərin terrorçuların “giriş qadağandır” dediyi yerlərə girərək “girilə bilməz” dedikləri yerlərə getdiklərini bildirib. Akar, İraq və Suriyayının şimalında terrorçuların yuvalarını məhv etməyə davam etdiklərini vurğulayıb.

Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizənin bitməyəcəyini vurğulayan Akar "Mehmetcik terrorçuları qazdıqları çuxur və mağaralarda basdırmağa davam edir. 24 iyul 2015-ci ildən bu yana 37 min 860 terrorçu zərərsizləşdirilib. Bu gün də daha 6 terrorçu zərərsizləşdirilib. “Fərat qalxanı” əməliyyatı bölgəsində “Terrorla mübarizəmiz qətiyyətlə, terrorçunun harada olmasından asılı olmayaraq, hədəfimizin də orası olduğu anlayışı ilə davam edir” deyib.

İraqın şimalındakı terror hədəflərinə qarşı başladılan "Pəncə" seriyalı əməliyyatların böyük əzmlə davam etdiyini vurğulayan Akar Qara, Zap, Hakurk, Metina və Avaşin Basiyandakı terror yuvalarının terrorçuların başı üzərində bir-bir dağıdıldığını bildirib.

Terrora son qoymaqda qərarlı olduqlarını bildirən Akar terrorçuların qarşısında iki yol olduğunu, bunlardan birinin ədalətə təslim olmaq, digərinin isə çuxurlara basdırılmaq olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr