Hulusi Akar ''Taxıl sazişi'' ilə bağlı bəyanat verib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Konya şəhərində keçirilən "Anadolu Qartalı-2023" beynəlxalq taktiki-uçuş təlimlərini izləyiblər.

1985333

Təlim çərçivəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə çıxış edən Hulusi Akar  Rusiya-Ukrayna müharibəsinin yaratdığı beynəlxalq ərzaq böhranının həlli üçün Türkiyenin təşəbbüsləri ilə yaradılan taxıl dəhlizi məsələsini qiymətləndirib və Türkiyenin dəstəyi ilə imzalanan Qara Dəniz Taxıl Təşəbbüsü ilə 30 milyon tondan çox taxıl məhsullarının ehtiyacı olan ölkələrə daşındığını bildirib.
Hulusi Akar deyib:"Protokolun müddəti mayın 18-də başa çatır. Bu müddət bitməmiş müqavilənin  davam etməsi üçün səylərimizi davam etdiririk. Türkiye, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri dünən və bu gün BMT müşahidəçiləri ilə birlikdə işlərini davam etdirirlər. Müqavilənin müddətinin uzadılmasını arzulayırıq. Bu hamımıza fayda verir''.

Әlaqәli Xәbәrlәr