Türkiyenin Milli Müdafiə Nazirliyi ''Taxıl dəhlizi'' ilə bağlı bəyanat yaydı

Mayın 10-11-də İstanbulda Türkiye, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında ikitərəfli və çoxtərəfli danışıqlar aparılacaq.

1984490

Bu barədə Türkiyenin Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.
Açıqlamada bu ifadələrə yer verilib: “Sözügedən danışıqlarda dünya ərzaq təminatı və təhlükəsizliyi baxımından  həyati əhəmiyyət kəsb edən “Taxıl dəhlizi”nin sürətli, təhlükəsiz və effektiv icrası, ərzaq qiymətlərində sabitliyin təmin edilməsi üçün ''Taxıl sazişi''nin müddətinin uzadılması, toqquşmalar səbəbindən Ukrayna limanlarında qapalı qalan ticari gəmilərimiz və ekipaj üzvlərinin ölkəmizə geri qayıtmaları üçün detallı və təhlükəsiz təxliyələrinin planlaşdırılması məsələləri müzakirə olunacaq''.
Məlumatda həmçinin Türkiyenin təşəbbüsləri nəticəsində yoxlamaların yenidən başladığı bildirilib.

Әlaqәli Xәbәrlәr