Fuad Oqtay Kral III Çarlzın tacqoyma mərasiminə qatılıb

Türkiyenin vitse-prezidenti Fuad Oqtay və xanımı Hümeyra Şahin Oqtay dünən III Çarlzın tacqoyma mərasiminə qatılıblar.

1983512
Fuad Oqtay Kral III Çarlzın tacqoyma mərasiminə qatılıb

Türkiyenin vitse-prezidenti Fuad Oqtay və xanımı Hümeyra Şahin Oqtay dünən III Çarlzın tacqoyma mərasiminə qatılıblar.
İngiltərənin paytaxtı Londondakı Vestminster Abbey kilsəsində keçirilən tacqoyma mərasimində Türkiyeni Fuad Oqtay və xanımı təmsil ediblər.
Rəsmi internet səhifəsində paylaşım edən Fuad Oqtay deyib:
"Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimində iştirak etdik. Kral III Çarlzı, kral ailəsini, Böyük Britaniya xalqını və hökumətini təbrik edir, yeni dövrdə Türkiye ilə Böyük Britaniya arasındakı əlaqələrin daha da möhkəmlənəcəyinə inanıram''.
Dünən Kral III Çarlzın tacqoyma mərasimində kral ailəsinin üzvləri, bir sıra ölkənin dövlət başçıları, məşhurlar və xeyriyyə təşkilatları da daxil olmaqla 2200-dən çox qonaq iştirak edib.



Әlaqәli Xәbәrlәr