Fuad Oqtay III Çarlzın tacqoyma mərasimində iştirak edəcək

Türkiyenin vitse-prezidenti Fuad Oqtay İngiltərə kralı III Çarlzın  tacqoyma mərasiminə dəvət olunan nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə Bukingem sarayında verdiyi ziyafətdə iştirak edib.

1983324

Məlumata əsasən, Fuad Oqtay ziyafətdə bir sıra ölkənin dövlət başçısı ilə görüşüb.

Qəbulda İngiltərə kralı Çarlz, Uels şahzadəsi Uilyam və İngiltərə baş naziri Rişi Sunak ilə görüşən Fuad Oktay, Sunak ilə Türkiye ilə İngiltərə arasında müdafiə sənayesi sahəsindəki məsələləri müzakirə edib.

Fuad Oqtay qəbul çərçivəsində İordaniya Kralı II Abdullahı, Livanın Baş naziri Nəcib Mikati, Şri-Lanka Prezidenti Ranil Vikremesinqhe, Mavritaniya Prezidenti Mohammed Vild Şeyx əl-Qazvani, Kosovo Prezidenti Vjosa Osmani, Litva Prezidenti Qitanas Nauseda, Qətər əmiri Şeyx Temim bin Hamed Al Sani və  İsrail prezidenti İsaak Hersoq, Avstraliyanın Baş naziri Entoni Albanese, Qambiyanın vitse-prezidenti Muhammed Jallow, Qırğızıstan Nazirlər Şurasının sədr müavini Edil Baysalov, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Sent Vinsent və Qrenadinin Baş naziri Ralf Qonsalves ilə  görüşüb.
Türkiyeni təmsil edən Fuad Oqtay İngiltərə kralı III Çarlzın Westminster Abbey kilsəsində keçiriləcək tacqoyma mərasiminə qatılacaq.

Әlaqәli Xәbәrlәr