Hulusi Akar: "Üç gündə 13 terrorçu zərərsizləşdirildi"

Milli müdafiə naziri Hulusi Akar İraqın şimalında və Suriyada 3 gündə 13 terrorçunun zərərsizləşdirildiyini bildirib.

1983149
Hulusi Akar: "Üç gündə 13 terrorçu zərərsizləşdirildi"

Milli müdafiə naziri Hulusi Akar İraqın şimalında və Suriyada 3 gündə 13 terrorçunun zərərsizləşdirildiyini bildirib.

H.Akar Kayseri şəhərində verdiyi açıqlamasında terrorla mübarizəyə toxunub və bildirib ki, Mehmetcik Türkiyenin davamlılığı və təhlükəsizliyi üçün lazım olanı edib və etməyə davam edir.

İraqın şimalındakı terror yuvalarının bir-bir terrorçuların başlarına yıxıldığını, Suriyanın şimalında yaradılması nəzərdə tutulan terror dəhlizinin darmadağın edildiyini, terrorçuların qazdıqları çuxurlara basdırıldığını qeyd edən nazir Akar "Amma terror bitməyib. Mübarizə eyni əzm və qtiyyətlə artan templə davam edir. Dünən gecə keçirilən əməliyyatlarda daha 5 terrorçu zərərsizləşdirilib. Beləliklə İraq və Suriyanın şimalında 13 terrorçu üç gün ərzində zərərsizləşdirilib” deyib.



Әlaqәli Xәbәrlәr