''Türkiye, Ukrayna və Rusiya müdafiə nazirlərinin müavinləri ''Taxıl sazişi''ni müzakirə edəcək''

Bunu Türkiyenin Milli müdafiə naziri Hulusi Akar deyib.

1981994
''Türkiye, Ukrayna və Rusiya müdafiə nazirlərinin müavinləri ''Taxıl sazişi''ni müzakirə edəcək''

Milli müdafiə naziri Hulusi Akar bildirib ki, mayın 5-i cümə günü Türkiye, Ukrayna və Rusiya müdafiə nazirlərinin müavinləri ''Taxıl sazişi''nin müddətini uzatmaq üçün İstanbulda görüşməyi planlaşdırırlar.

Hulusi Akar Rusiya-Ukrayna müharibəsi səbəbindən yaşanan “ərzaq böhranı” riskinin aradan qaldırılması üşün Türkiyenin səyləri ilə yaradılan  “taxıl dəhlizi”  ilə bağlı sualı cavablandırıb.

Hulusi Akar  Türkiye, Rusiya, Suriya və İran müdafiə nazirləri ilə kəşfiyyat rəhbərləri arasında Moskvada baş tutan dördtərəfli toplantı çərçivəsində Rusiya müdafiə naziri Sergey Şoyqu ilə ikitərəfli görüş keçirdiyini bildirib.
Aprelin 18-də Kayseridə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov ilə görüşdüyünü xatırladan Hulusi Akar deyib:
"Görüşlərimizdə ''Taxıl sazişi''ni  də müzakirə etdik. Hər iki tərəfin bu kontekstdə təklifimizi qəbul etməsi nəticəsində Türkiye, Ukrayna və Rusiya müdafiə nazirlərinin müavinlərinin mayın 5-də cümə günü İstanbulda görüşməsi planlaşdırılır. Toplantıda ''Taxıl sazişi'' ilə yanaşı bəzi mövzular müzakirə olunacaq. Ümid edirik ki, ''Taxıl sazişi''  davam edəcək. Çünki bu saziş həm regional sülh və sabitlik, həm də ehtiyacı olan ölkələr üçün çox vacibdir''.



Әlaqәli Xәbәrlәr