Türkiye vətəndaşlarının Sudandan çıxarılması əməliyyatı başa çatıb

XİN Sudandakı Türkiye vətəndaşlarının vətənə qaytarılmasını təmin etmək üçün aprelin 23-də başlayan təxliyə əməliyyatlarının mayın 1-də yekunlaşdığını açıqlayıb.

1981441
Türkiye vətəndaşlarının Sudandan çıxarılması əməliyyatı başa çatıb

Xarici İşlər Nazirliyi Sudandakı Türkiye vətəndaşlarının vətənə qaytarılmasını təmin etmək üçün aprelin 23-də başlayan təxliyə əməliyyatlarının mayın 1-də yekunlaşdığını açıqlayıb.
Nazirlikdən verilən açıqlamada aprelin 15-dən bəri Sudanda ordu ilə xüsusi təyinatlılar arasında baş verən qarşıdurmaların narahatlıq doğurduğu bildirilib.

Münaqişənin davam etməsindən və bütün beynəlxalq təşəbbüslərə baxmayaraq mülki itkilərin artmasından narahat olunduğu bildirilən bəyanatda qeyd olunub ki, prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər səlahiyyətlilər hadisələrin əvvəlindən sudanlı həmkarları ilə sıx təmasdadırlar və Sudanda tərəfləri təmkinli olmağa və atəşkəsə çağırıblar.

Açıqlamada "Ölkəmiz də problemin sülh yolu ilə həlli üçün müxtəlif təşəbbüslər həyata keçirir və Sudanda daha çox qardaş qanının axıdılmasının qarşısını almaq üçün hər cür diplomatik vasitələri səfərbər edir. Sudanda olan vətəndaxlarımızın vətənə qayıtmalarının təmin olunması məqsədilə 23 aprel 2023-cü il tarixində başlayan təxliyə əməliyyatlarımız bu gün tamamlandı. Təxliyə əməliyyatlarımızda quru, dəniz və hava yolu variantlarından istifadə edildi və bu prosesdə vətəndaşlarımızın təhlükəsizliyi diqqət mərkəzində idi" ifadələrindən istifadə edilib.

Açıqlamada o da qeyd olunub ki, bu mərhələdə 1700-dən çox Türkiyə vətəndaşı ilə dəstək tələb edən 22 ölkədən 300-ə yaxın vətəndaş Sudandan təhlükəsiz şəkildə təxliyə edildi. Sudanda qalan Türkiye vətəndaşlarından gələ biləcək təxliyə tələbləri ayrıca qiymətləndiriləcək.

Türkiye Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət göstərən Nyala Sudan-Türkiye Təhsil və Araşdırma Xəstəxanasının kadr mübadiləsi ilə bağlı işlər Sudanda davam edir; Başda Efiopiya, Misir, Sudan və Səudiyyə Ərəbistanı olmaqla Türkiyenin təxliyə əməliyyatlarında əməyi olan bütün ölkələrə təşəkkür edildiyi də ifadə edilib.



Әlaqәli Xәbәrlәr