Mövlud Çavuşoğlu vә Hamdan Daqalu arasında telefon danışığı olub

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Sudan xüsusi təyinatlı qüvvələrin komandanı Məhəmməd Hamdan Daqalu ilə Türkiye vətəndaşlarının təxliyə prosesini müzakirə edib.

1980835

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Mövlud Çavuşoğlu və Məhəmməd Hamdan Daqalu ilə telefon əlaqəsi saxlayıb.
Xatırladaq ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərində Sudan ordusu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı qarşıdurma başlayıb.
Sudan Səhiyyə Nazirliyi ordu ilə xüsusi təyinatlı qüvvələr arasında yaşanan qarşıdurmalar nəticəsində 512 nəfərin öldüyünü, 4193 nəfərin yaralandığını açıqlayıb.
Sudan ordusu və xüsusi təyinatlı qüvvələr Səudiyyə Ərəbistanı və ABŞ-ın səyləri nəticəsində atəşkəsi 72 saat da uzatmağa qərar verdiklərini açıqlayıb.
Yaşanan toqquşmalar səbəbindən Türkiye, ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa və Səudiyyə Ərəbistanı da daxil olmaqla 50-dən çox ölkə vətəndaşlarını Efiopiya və Misir üzərindən təxliyə etməyə davam edir.

Әlaqәli Xәbәrlәr